FETÖ ilə əlaqəsi olan 619 AKP üzvü müəyyənləşdirilib
25 Sentyabr 2016 09:08 DünyaƏdalət və İnkişaf Partiyasının (AKP) 619 üzvünün FETÖ ilə əlaqəsinin olduğu müəyyənləşdirilib.
"Haber7" xəbər verir ki, bunu AKP sədrinin təşkilati məsələlər üzrə müavini Mustafa Ataş bildirib.
Onun sözlərinə görə, iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra həmkarlar, banklar, sosial müdafiə qurumlarında 519 partiyanın rayon təşkilatlarında isə 100 nəfərin FETÖ ilə əlaqəsi olduğu müəyyənləşib.
M.Ataş deyib ki, AKP-nin 10 milyon üzvü var və onların arasında FETÖ-yə rəğbəti olanların da mövcudluğu mümkündür.
Sədr müavini FETÖ ilə əlaqəsi olanların aşkarlanaraq partiyadan çıxarıldığını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00