ABŞ-dan Gürcüstana hədiyyə
ABŞ Gürcüstan Sahil Mühafizə Xidmətinin sərhəd polisinə iki gəmi hədiyyə edəcək. Bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.
23 Sentyabr 2016 15:18 DünyaABŞ Gürcüstan Sahil Mühafizə Xidmətinin sərhəd polisinə iki gəmi hədiyyə edəcək.
Bunu Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.
Məlumata görə, ölkənin daxili işlər naziri Georgi Mqebrişvilinin ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ilə görüşünün yekunundan sonra bu xəbər yayılıb.
Xəbərdə bildirilib ki, sentyabrın 30-da Gürcüstan DİN-in nümayəndə heyəti ABŞ-a səfər edəcək. Həmin səfər çərçivəsində Baltimorda "İsland" tipli iki gəminin Gürcüstana təhvil verilməsi ilə bağlı təntənəli tədbirin keçiriləcəyi bildirilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00