Bayram günü Türkiyədə partlayış: yaralı sayı artır - FOTO
12 Sentyabr 2016 14:27 DünyaBu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.
APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-si polis olmaqla, 48 nəfərin yaralandığını açıqlayıb.
Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb.
----------
13:44
Milli.Az "sputniknews"a istinadən xəbər verir ki, partlayış Türkiyənin Van şəhərində törədilən partlayışda 27 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
----------
13:14
Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, Ədalət və İnkişaf (AK) Partiyasının üzvü, millət vəkili Beşir Atalay partlayışla bağlı açıqlama verib:
"Hadisə bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində baş verib. 19 yaralı var. 1-nin vəziyyəti ağırdır. Yaralıların 2-si polisdir. Yaralılarımıza Alladan şəfa diləyirik".
-----------
12:58
Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, partlayışda yaralananların sayı 12-yə yüksəlib.
--------
12:49
Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, Ədalət və İnkişaf (AK) Partiyasının üzvü, millət vəkiliBurhan Kayatürk partlayışla bağlı açıqlama verib:
"Hücumun hədəfi partiya binası və onu qoruyan polislərdir. Şəhidimiz yoxdur. 11 yaralı var. Yaralıların vəziyyəti çox da ağır deyil".
----------
12:40
Videonu izləmək üçün şəklə klikləyin:
----------
12:36
Milli.Az CNN Turk-ə istinadən xəbər verir ki, partlayışda 11 nəfər yaralanıb.
----------
12:21
Bir neçə dəqiqə əvvəl Türkiyədə partlayış olub.
Milli.Az "sputniknews"a istinadən xəbər verir ki, partlayış Türkiyənin Van vilayətində, Ədalət və İnkişaf (AK) Partiyasının binası ilə valilik binasının arasında baş verib.
Ölənlər və yaralılar barəsində heç bir məlumat verilmir. Əraziyə xeyli sayda təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb edilib.