Obama Putinlə danışıqlarının detallarını açıqlayıb
ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə danışıqların detallarını açıqlayıb.
5 Sentyabr 2016 18:43 DünyaABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə danışıqların detallarını açıqlayıb.
"Reuters"in verdiyi məlumata görə, iki lider arasında danışıqlar, açıq, səmimi, işgüzar müstəvidə aparılıb və planlaşdırıldığından uzun sürüb. ABŞ prezidenti Suriya məsələsini müzakirə etdiklərini deyib: "Biz atəşkəsin bərpası rejiminin reallıqda necə görünə biləcəyi ilə bağlı məhsuldar danışıqlar apardıq. Bu, bizə əsas diqqəti İŞİD, "Cəbhat ən-Nüsra" kimi ümumi düşmənlərimizlə mübarizəyə yönəltməyə imkan verəcək".
B. Obama əlavə edib ki, hər iki prezident xarici işlər nazirlərinə Suriyaməsələsi üzrə razılaşmanın əldə olunması istiqamətində işi davam etdirməyi tapşırıb.