Kokteyl içdi, gözləri kor oldu
Yunanıstanda istirahət edən britaniyalı turist faciə ilə üzləşib.
5 Sentyabr 2016 16:54 DünyaYunanıstanda istirahət edən britaniyalı turist faciə ilə üzləşib.
Xarici KİV xəbər verir ki, 20 yaşlı Hanna Pauell Zakinf adasında keçirilən əyləncə gecəsində kokteyl içdikdən bir neçə saat sonra görmə qabiliyyətini itirdiyini anlayıb.
Ehtimal olunur ki, buna səbəb kokteylə qatılan keyfiyyətsiz spirt və zəhərli keyfiyyətlə malik metanol maddəsi olub.
Həkimlər görmə problemi ilə yanaşı, britaniyalı turistdə böyrək çatışmazlığı aşkarlayıb. Turistin görmə qabiliyyətini bərpa edib-etməyəcəyi qarşıdakı müayinələrdən asılı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31