Almaniyada terror təhlükəsi: Məktəblər boşaldıldı

Almaniyanın Braunşvayq kəndində məktəblər terror təhlükəsinə görə tətilə buraxılıb.

Almaniyanın Braunşvayq kəndində məktəblər terror təhlükəsinə görə tətilə buraxılıb.

lent.az bildirir ki, gecə saatlarında elektron poçtla terror xəbərdarlığı alan məktəbin təhlükəsizlik işçiləri dərsə gələn şagirdləri evlərinə geri qaytarıblar.
 
Terror gözlənildiyi saatda baş tutmasa da, təhlükə hələ də mövcud olduğundan çox sayda məktəb tətilə buraxılıb. Hazırda həmin məktubun kim tərəfindən göndərildiyi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31