Türkiyənin İrəvanlı Pendir Kralı 85 yaşında vəfat etdi
İstanbulda məhşur işadamı Məcid Baxçıvan 85 yaşında vəfat edib. Məcid Baxçıvan 1931-ci ildə İrəvanda dünyaya göz açıb.
5 Sentyabr 2016 13:03 Dünyaİstanbulda məhşur işadamı Məcid Baxçıvan 85 yaşında vəfat edib. Məcid Baxçıvan 1931-ci ildə İrəvanda dünyaya göz açıb. Ailəsi ilə birlikdə 30-cu illərin sonunda İrana, oradan da Türkiyəyə köçüblər. 1960-cı ildə İstanbula gələn Məcid Baxçıvan az bir zaman içində Türkiyənin Pendir Kralı adını aldı, uzun illər İstanbul Ticarət Palatasının üzvü kimi fəaliyyət göstərdi və ölkəyə etdiyi xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin Üstün Xidmət Mükafatına laiq görülüb. Məcid Baxçıvan İstanbul Edirnekapı Şəhitliyi qəbristanında dəfn ediləcək. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31