Xəstəxanada partlayış: 15 nəfər ölüb, 20-dən çox yaralı var
8 Avqust 2016 10:28 DünyaPakistanın Kvetta şəhərində hospitaldakı partlayış nəticəsində 15 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. report bildirir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.Məlumata görə, partlayış səhər saatlarında baş verib. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib.Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31