"İran Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər" - Natali Qule

Azərbaycan və İran liderlərinin ikitərəfli görüşü iki ölkə əməkdaşlığında yeni səhifə açmağa imkan verəcək.

Bunu Trend-ə fransalı senator Natali Qule deyib.

Onun sözlərinə görə, iki ölkə əməkdaşlığında mühüm məsələlərdən biri iqtisadi sahədir.

N.Qulenin fikrincə, bundan başqa İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər: "Əlbəttə ki, bu zaman İran Azərbaycanın daxili siyasətinə qarışmamaq niyyətini qoruduğunu nümayiş etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31