Misir mətbuatı "Metsamor"un təhlükəsi haqda yazdı

Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasından (AES) irəli gələn təhdidlər, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması faktlarının artması barədə Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik "Yaşasın Misir" qəzeti və "Asiyaelyoum" xəbərlər agentliyi, "Elaph" internet qəzetində "Ermənistanın Metsamor Atom Elektrik Stansiyası və onun Qafqaz, habelə dünya üçün təhlükə mənbəyi olması" başlığı altında məqalə yayılmışdır.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a Misirin Azərbaycandakı səfirliyindən bildirilib.

Məqalədə müasir dövrdə atom elektrik stansiyalarının beynəlxalq təhlüsəsizlik qarşısında duran əsas problemlərdən biri olduğu, nüvə terrorçuluğunun beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratdığı, bütün bəşəriyyət üçün qlobal xarakter daşıdığı, nüvə enerjisi məsləsinin daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdə olduğu qeyd edilərək, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasından irəli gələn təhdidlər barədə geniş danışılmış, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanını xüsusi rol oynaması faktlarına toxunulmuşdur.

XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobil fəlakətinə, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ nəticəsində "Fukusima-1" Atom Elektrik Stansiyasında baş verən sizmaya məqalədə toxunularaq, Ermənstanın "Metsamor" Atom Elektrik Stansiyasının isə dünyadakı ən təhlükəli stansiyalardan biri olduğundan və onun tarixindən, törətdiyi fəsadlarından, region və dünya üçün ciddi təhlükə olduğundan söz açılmışdır.

Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyinin Qərb dövlətlərini də narahat etməli olduğunu bildirən məqalə region dövlətlərindən birində baş verən hər hansı bir fəlakətin bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən öz təsirini göstərəcəyini qeyd etmiş, digər tərəfdən Metsamorun köhnə olmasının, müasir AES-lərdən geridə qalmasını bildirərək, Ermənistanın 35 yaşlı reaktorunun regionun hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğunu təkcə region dövlətlərini deyil, beynəlxalq aləmi də düşündürməli olduğunu vurğulamışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31