Türkiyədən Qazaxıstana çağırış: “Bağlayın”
Türkiyə hökuməti Qazaxıstan hakimiyyətindən Gülənin təhsil müəssələrinin fəaliyyəti ilə bağlı təcili tədbirlərin görülməsini gözləyir.
29 İyul 2016 14:23 DünyaTürkiyə hökuməti Qazaxıstan hakimiyyətindən Gülənin təhsil müəssələrinin fəaliyyəti ilə bağlı təcili tədbirlərin görülməsini gözləyir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Yanıq söyləyib. Onun sözlərinə görə, Qazaxıstanda fəaliyyət göstərən Xoca Əhməd Yəsəvi Universitetindən başqa bu ölkədə fəaliyyət göstərən məktəblərin və liseylərin heç biri Türkiyəyə aid deyil.
O, Türkiyənin bu qruplaşmadan zərər gördüyünü və bunun dost ölkələrdə təkrarlanmasını istəmədiyini bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatının Qırğızıstanda çevriliş edə biləcəyini söyləyib.