Türkiyə HHQ-də təyyarəçi çatışmazlığı yarandı
Türkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb.
29 İyul 2016 13:59 DünyaTürkiyənin Hərbi Hava Qüvvələrində (HHQ) təyyarəçi qəbuluna başlanılıb.
Trend məlumat verir ki, bundan öncə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində 214 hərbi təyyarəçi işdən azad edilib.
Qəbul hazırda Türkiyə HHQ-də hərbi təyyarəçi çatışmazlığı səbəbindən elan olunub.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00