Türkiyədə çevrilişdəki 1 dollar şifrəsinin sirri

İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsində diqqət çəkən məqamlardan biri də qiyamçıların üzərindən tapılan 1 dollarlıq əskinazdır.

İyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd hadisəsində diqqət çəkən məqamlardan biri də qiyamçıların üzərindən tapılan 1 dollarlıq əskinazdır.

Axar.az bildirir ki, bu əskinazın qiyamçılar arasında şifrə rolunu oynamasının səbəbi barədə bir neçə versiya irəli sürülür.
 
Onlardan bir neçəsini təqdim edirik:
 
1. Ən güclü və daha geniş yayılmış versiya 1 dolların üzərindəki mason simvolları ilə bağlıdır. Dolların arxasında piramida və göz şəkli (məşhur mason simvolu) bu prosesdə FETÖ şəbəkəsini və Güləni simvollaşdırıb.
 
2. 1 dolların üzərində ABŞ-ın qurucusu Corc Vaşinqtonun şəkli var. Bəzi iddialara görə, bu simvolla qiyamçılar "Yeni Türkiyə"ni nəzərdə tutublar. 
 
3. FETÖ-çulərin üzərindən məhz ABŞ-ın milli valyutası olan dolların çıxması 15 iyul hərbi çevrilişinə cəhdin ABŞ-dan, hazırda Pensilvaniyada yaşayan Fətullah Gülən tərəfindən idarə edildiyini simvollaşdırıb.
 
4. Məxfi saxlanılan əməliyyat zamanı əməliyyatçıların bir-birini tanımaması əsas şərtlərdən sayılır. Bu baxımdan FETÖ-çular yalnız prosesin başladığı anda bir-birini tanıması üçün bu simvolları özündə daşıyan, ABŞ-dan kənarda işləkliyi olmayan bir əskinazdan istifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00