Rusiyanın Gümrüdəki bazasında növbəti insident

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgəri Yerevanın mərkəzində aşkar olunub.

Ermənistan KİV-i xəbər verir ki, hərbi hissənin ərazisini icazəsiz tərk edən rus əsgəri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun üzərindən heç bir silah aşkar edilməyib.

Hazırda hərbçi Gümrüdəki bazaya geri qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00