Nepalda avtobus uçuruma yuvarlanıb, 15 nəfər ölüb
Nepalda avtobusun qəzaya düşməsi nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
29 İyul 2016 11:57 DünyaNepalda avtobusun qəzaya düşməsi nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər isə yaralanıb.
"RİA Novosti" xəbər verir ki, insident hadisə Dhankuta rayonunda baş verib.
Avtobus yoldan çıxaraq təxminən 100 metr aşağıdakı uçuruma düşüb. İlkin məlumatlara görə, qəzanın başvermə səbəbi əyləc sistemindəki nasazlıq olub.
Hadisə nəticəsində ölənlər arasında 2011-2013-cü illərdə maliyyə naziri işləmiş Hari Rac Kheva da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00