Nitsanı qana bulayan Məhəmməd: sakit, başıaşağı adam imiş...

Fransanın Nitsa şəhərində gecə saatlarında başlanmış dəhşət səngiməyib. Şəhərin "Promenade des Anglais" bulvarında yük maşınını insanların üzərinə sürən terrorçu 84 nəfəri qətlə yetirib, 120 nəfəri yaralayıb.

Fransanın Nitsa şəhərində gecə saatlarında başlanmış dəhşət səngiməyib. Şəhərin "Promenade des Anglais" bulvarında yük maşınını insanların üzərinə sürən terrorçu 84 nəfəri qətlə yetirib, 120 nəfəri yaralayıb.

Terrorçu isə Nitsa sakini, əslən Tunisdən olan 31 yaşlı Məhəmməd Lahuayec Buhleldir. Üç övlad atası olan bu şəxs teraktdan 3 gün əvvəl 25 tonluq yük maşınını icarəyə götürmüşdü. O, bulvarın girəcəyindəki polislərə "restorana dondurma aparıram" demişdi. 
Polislərin güllələdiyi terrorçunun evində axtarış aparılır. Qonşuların dediklərinə görə, Buhlel "sakit, başıaşağı insan" idi. 
Nice Matin bildirir ki, polisdən verilən məlumata görə, Məhəmməd Lahuayec Buhlelin qaradinməz olduğu da vurğulanır. O, Nitsanın cənub həndəvərində, "fəhlə məhəllə"lərindən birində, dördmərtəbəli binanın ikinci qatındakı mənzildə xanımı və üç övladı ilə birlikdə yaşayırdı, 
Qonşular deyirlər ki, Məhəmməd susmağı sevirdi və hətta onunla salamlaşanda belə, çox zaman cavab vermirdi.
"Məhəmməd qatı dindar insan təsiri bağışlamırdı. Əksər vaxtlarda əynində şort olurdu", - qonşular söyləyiblər.

Polis Məhəmmədin mənzilində axtarış aparıb. Evdəki əşyalar araşdırma üçün aparılıb.
Ekspertlər deyirlər ki, Nitsa Fransanın ən məşhur dəniz kurortlarından biri sayılsa da, son 10 ildə şəhər sakinlərinin etnik tərkibi sürətlə dəyişib. Burada Şimali Afrika ölkələrindən gəlmiş mühacirlərin sayı artıb. 

Üstəlik, Suriyaya yollanaraq İŞİD-ə qoşulan nitsalıların sayı ən azı 50 nəfərdir. Həmin terrorçulardan neçə nəfərin geri qayıtdığı isə bilinmir.
Nitsa əvvəllər də İŞİD-in hədəfi olub. 2014-cü ilin fevralında Fransanın xüsusi xidmət orqanları şəhərdəki karnaval zamanı törədilməsi planlaşdırılmış 4 partlayışın qarşısını az qala son anda almışdılar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00