Saakaşvili keçmiş baş naziri və indiki naziri oğurluqda suçladı

Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyukun və ətrafının dövlət müəssisələrindən, o cümlədən Odessa Liman Zavodundan 8 milyard dolların mənimsənilməsində əli var.

Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyukun və ətrafının dövlət müəssisələrindən, o cümlədən Odessa Liman Zavodundan 8 milyard dolların mənimsənilməsində əli var.

Virtualaz.org korrespondent.net-ə istinadən bildirir ki, bu ittihamla iyulun 14-də Odessa qubernatoru Mixail Saakaşvili çıxış edib.

"Nə qədər ki, mənim bu zavodla bağlı ötənilki çıxışımdan sonra məmurları müdafiə edən və bütün bu qalmaqalları başladan Ukrayna DİN-in başçısı Arsen Avakov hökumətdədir, mən sakit olmayacağam. Nə qədər ki, Yatsenyuk oğurlanmış milyardları geri qaytarmayıb və qanunun ən sərt tələbi ilə cavab verməyib, mən sakit sayanmayacağam", -deyə M.Saakaşvili vurğulayıb.

Saakaşvili onu da bildirib ki, hazırda barəsində cinayət işinin başlandığı Odessa zavodundakı mənimsəmə faktı Yatsenyuk hökumətinin, necə deyərlər, oğurladığı "dənizin yanında bir damladır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00