İŞİD bulvar qətliamını bayram edir
Fransanın Nitsa şəhərinin ən məşhur "Promenade des Anglais" bulvarında dünən törədilən, 84 nəfərin ölümü, 100 nəfərin yaralanması ilə sonuclanan məşum terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
15 İyul 2016 12:59 DünyaFransanın Nitsa şəhərinin ən məşhur "Promenade des Anglais" bulvarında dünən törədilən, 84 nəfərin ölümü, 100 nəfərin yaralanması ilə sonuclanan məşum terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
CBS bildirir ki, "İraq və Şam İslam Dövləti"nin (İŞİD) mənsubları teraktdan dərhal sonra sosial şəbəkələrdə və messencer proqramlarında bir-birlərini təbrik etməyə, qanlı teraktı bayram etməyə başlayıblar.
Telegram messencerində və Twitter-də #Nice_Attack heşteqi ilə paylaşımlarda İŞİD terrorçuları "bu hadisəyə çox sevindikləri"ni, "Fransanın cəzalandığını" yazıblar.