Facebook Messenger-də YENİLİK

Şirkət uzun müddətdir təqdim etdiyi Instant Articles-ı Messenger platformasına gətirir.

Şirkət uzun müddətdir təqdim etdiyi Instant Articles-ı Messenger platformasına gətirir.

Instant Articles ilə istifadəçilər Facebook-da daxil olduqları linklər üzərindən (xüsusilə xəbər) orijinal  adresə gedib yüklənməsini gözləmək əvəzinə tətbiq daxilində linkdən məlumatı oxuya bilirlər.

Beləliklə, istifadəçilər istədikləri hər hansı linkdəki məlumatları çox rahat və sürətlə  əldə edə bilirlər.

Bu barədə xeberler.az xəbər verir. 

Media qurumları ilə  əməkdaşlıq edən Facebook eyni zamanda həmin qurumlara da pul qazandırır. Şirkət indi də bu xidməti Messenger-ə gətirir.

Bundan sonra Facebook Messenger üzərindən bir link yolladığınızda Instant Articles-ı dəstəkləyirsə, sürətli formada həmin məlumata çata biləcəksiniz.

Android  üçün bu gün istifadəyə təqdim edilən xidmət  gələcəkdə iOS platformasına da gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00