"Dörd ermənidən üçü ölkədən getmək istəyir" - Abramyan
Ermənistan hakimiyyəti miqrasiyanı saxlamaq gücündə deyil.
8 İyul 2016 18:25 DünyaErmənistan hakimiyyəti miqrasiyanı saxlamaq gücündə deyil.
Erməni KİV-i xəbər verir ki, bunu `Milli Birlik` hərəkatının sədri, `Rusiya Erməniləri Birliyi`nin sədri Ara Abramyan İrəvanda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan sakinləri öz vətənlərində qalmaq istəyirlər, lakin onlar burada ləyaqətli həyat sürəcəklərinə inanmırlar. Onlar ölkə rəhbərliyinin yeni iş yerlərini yaratmasına dair konkret səylərini görmürlər.
O, əlavə edib ki, müxtəlif araşdırmalara əsasən Ermənistanda 3 nəfərdən ikisi ölkəni tərk etmək istəyir. Gənclər arasında isə hər dörd nəfərdən üçü Ermənistanda qalmaq istəmir.
"Bu da təsadüfi deyil. Ermənistanda gənclər arasında işsizlik təxminən 40 faizdir. Gənclik hökumətin qayğısını hiss etmir", - deyə Abramyan bildirib.