Ayaqlarını dənizə saldı, 4 gün sonra qıçı kəsildi

ABŞ-ın Texas ştatında yaşayan Brian Parrott ailəsi ilə birlikdə istirahət etmək üçün dənizə üz tutub. Dənizdən qayıtdıqdan 4 gün sonra ayağında güclü ağrılar hiss edib və xəstəxanaya çatdırılıb.

Bizimyol.info bildirir ki, onun ayağını xilas etmək mümkün olmayıb. Həkimlər xəstənin həyatını qurtarmaq üçün onun ayağını kəsmək məcburiyyətində qalıblar.

Həkimlərin sözlərinə görə, infeksiya Parrotun ayağında olan kiçik sıyrıqdan yoluxub.

Mütəxəssislər bədənində açıq yara olanların dənizə, okeana, gölə girdikdə diqqətli olmalarını tövsiyə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00