Türkiyə Almaniya nümayəndə heyətinin İncirlik hava bazasına səfərinə icazə verməyib

Türkiyə Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Budestaqın bəzi üzvlərinin iyulda İncirlik havabazasına planlaşdırılan səfərinə icazə verməyib.

"Deutsche Welle"in verdiyi xəbərə görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi məlumat verib.

Bildirilib ki, Almaniya müdafiə nazirinin müavini Ralf Brauksiepe parlament nümayəndə heyəti ilə iyulda alman qoşunlarına baş çəkmək istəyib, lakin Bundestaq tərəfindən 1915-ci il hadisələrinin "soyqırımı" kimi tanınması ilə bağlı Berlin və Ankara arasındakı gərginliyə görə səfərə icazə verilməyib.

"Hazırda Türkiyə hakimiyyət nümayəndələri səfər planını təsdiqləmirlər. Səbəblə bağlı isə yazılı açıqlama yoxdur", - deyə Müdafiə Nazirliyinin mətbuat katibi "Der Spiegel" nəşrinə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00