Dəhşətli kadrlar: əsgəri diri-diri basdırdılar

Ukraynanın şərqində, Donetsk və Luqansk bölgələrində separatçı rejimlərlə silahlı toqquşmaların olduğu məkanda törədilmiş dəhşətli cinayətlərdən birinin videosu yayılıb.
Daily Mail bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri olduğu güman edilən maskalı şəxslər əsir aldıqları bir hərbçini vəhşicəsinə döyəndən sonra onun ayaqlarını skotçla bağlayır, sonra qazılmış məzara itələyib salırlar.
Məzardakı zavallının qışqırtılarına məhəl qoymayanlar bellə onun üstünə torpaq atır, basdırırlar.
Hərbçini basdırandan sonra torpaq yığınının üstünə "1 separ" yazılmış lövhənin bərkidildiyi dəmir parçası basdırılır.
Ukraynanın Müdafiə Nazirliyi videonun saxtakarlıq, separatçıların quraması olduğunu bəyan edib. Ekspertlər isə vidonun real çəkiliş olduğuna şübhə etmirlər.
Videonun Donetsk vilayətində çəkildiyi vurğulanır.
Elə həmin regionda separatçılar əsir aldıqları bir şəxsi dirəyə bağlayaraq ölüncəyədək şallaqlamışdılar. Bu adam narkotik maddələr satmaqda suçlanırdı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00