Türkiyədə avtobus qəzası - 37 yaralı

Türkiyənin İzmir əyalətində sərnişin avtobusu aşıb. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 37 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Avtobusda olan sərnişinlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00