Baş nazir üçün 19 il həbs istənildi

Moldova prokurorluğu ölkənin keçmiş baş naziri Vlad Filatın 19 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prokuror Adriana Beçişor məlumat verib.

Prokuror keçmiş hökumət rəhbərinin bütün əmlakının müsadirə olunmasını və onun yaxın 5 ildə dövlət vəzifələrində çalışmasının qadağan edilməsini də təklif edib.

Vlad Filat Moldovadakı 3 sosial bankın 1 milyard dollar məbləğində vəsaitinin gizli yolla ölkə xaricinə çıxarılmasında təqsirli bilinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00