Pikassonun 40 milyonluq tablosu

Məşhur ispan rəssamı Pablo Pikassonun "Oturan qadın" rəsm əsəri hərraca çıxarılacaq. "Femme Assise" ("Oturan qadın") adlı tablo İngiltərənin paytaxtı Londonda baş tutacaq hərracda təqdim olunacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur hərrac evi "Sothebys" tərəfindən təşkil olunacaq tədbirdə rəssam və heykəltəraş Pablo Pikassonun əfsanəvi "Oturan qadın" rəsm əsərinin ən az 40 milyon dollara satılması proqnozlaşdırılır.

Məlumat üçün bildirək ki, Pikasso sözügedən əsəri 1909-ci ildə çəkib. Rəsm əsəri əvvəllər ABŞ-dakı Nyu-york Müasir İncəsənət Muzeyində və Londondakı Tata Müasir Muzeyində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00