Sərdar Ortaç Bakıya gəlir
22 İyun 2016 19:37 DünyaTürkiyəli müğənni Sərdar Ortaç Bakıya gəlir.
Məlumata görə, ifaçı "Mambo beach club"da konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan mahnılarını çox bəyənməsi ilə seçilən Sərdar Ortaç gecədə hit bəstələrini səsləndirəcək.
Konsert iyulun 1-də saat 20:00-da baş tutacaq.
Tədbirdə maraqlı müsabiqələr, xoş sürprizlər, DJ Kənanın ritm şousu tamaşaçıların əyləncəsinə əyləncə qatacaq.
Gecəyə məhdud sayda olan biletləri şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Biletlərin qiyməti:
Standart ayaqüstü bilet 1 nəfər üçün: 50 AZN
VIP B bilet 1 nəfər üçün: 150 AZN ( Qiymətə daxildir: meyvə, çips, çərəz)
VİP A bilet 1 nəfər üçün: 250 AZN ( Qiymətə daxildir: 6 nəfərlik stolda içkilər, meyvə, çips, şokolad və çərəz)
Telefon: (055) 455 05 22