Təyyarə Atatürk hava limanına məcburi eniş etdi

İstanbul-Ərbil (İraq) reysi ilə uçan "İraq Hava Yollar"nın (Zagrosjet) təyyarəsinin mühərriki Atatürk aeroportundan havaya qalxdıqdan sonra sıradan çıxıb.

İnsident bu gün səhər saatlarında - 05:15-də baş verib.

Mühərrik dayandıqdan sonra təyyarə Atatürk hava limanına məcburi eniş edib.

Enişdən sonra bütün sərnişinlər təxliyə olunub. Onlar Ərbilə başqa reyslə yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00