Rusiya bankları Ermənistandan idxala görə hesablaşmalara daha diqqətli yanaşacaq

Rusiyanın kredit təşkilatları Ermənistan və Qırğızıstandan bu ölkəyə idxal olunan məhsullara görə həyata keçirilən hesablaşmalara daha diqqətli yanaşmalıdır. Bu barədə Rusiyanın Mərkəzi Bankının bəyanatında deyilir.

Bəyanat Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına həsr olunur.

Mərkəzi Bankın bəyanatında deyilir ki, diqqətin artırılmasına səbəb hesablaşmalar zamanı vergidən yayınma, cinayət yolu ilə gəlir əldə olunması kimi hallarının qarşısını almaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00