Savçenko Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etdi
22 İyun 2016 14:58 Dünya"Rusiya və Avropada sadə insanların anti-Rusiya sanksiyalarından əziyyət çəkməsi mənim üçün çox xoşagəlməz haldır".
Lenta.ru-nun verdiyi xəbərə görə, bunu Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko "Deutsche Welle" nəşrinə müsahibəsində deyib.
N. Savçenko bildirib ki, Rusiya əleyhinə iqtisadi sanksiyalar tədricən aradan qaldırılmalıdır.
Xatırladaq ki, iyunun 21-də Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılığa gəliblər. Bununla yanaşı, Avrokomissiyanın rəhbəri Jan Klod Yunker məhdudiyyətlərin azaldıla biləcəyini istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00