Çanaqqala silkələndi

Ötən axşam Çanaqqalanın Ayvacıq rayonunda Rixter Şkalası ilə 3.3 bal gücündə zəlzələ baş verib. Zəlzələ mərkəzi  Ege Dənizinin 17 kilometr dərinliyində müəyyən edilib. Yeraltı təkanlar Çanaqqalanın bir çox sahil yaşayış məntəqəsində də hiss edilib. Dağıntı və tələfat halları qeydə alınmayıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00