İstanbulda üç canlı bomba tutulub

İstanbul Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi bu səhər şəhərin Başakşehir və Pendik rayonlarında apardıqları əməliyyat nəticəsində üç nəfər canlı bombanı həbs edib.Hücrə evlərdə aparılan əməliyyatlarda şübhəlilərlə bərabər çoxlu sayda partlayıcı silah və sursat aşkarlanaraq götürülüb. Həbs edilənlərdən birinin Türkiyə, digər iki nəfərin Rusiya vətəndaşı olduğu bildilir. Polis olayla əlaqədar İŞİD terror təşkilatından şübhələndiyini bildirib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00