Türk təyyarəsinə quş sürüsü çırpılıb

Ötən gün Türk Hava Yollarının İstanbul Moskat TK-775 sayılı  səfərini gerçəkləşdirən təyyarə havada böyük bir təhlükəylə qarşılaşıb.Atatürk Hava Limanına enməyə çalışan təyyarəyə quş sürüsü çırpılıb.Çox böyük çətinliklə də olsa pilot təyyarəni eniş zolağına istiqamətləndirə bilib. Pilotun məharəti nəticəsində təyyarə problemsiz olaraq havalimanına enə bilib. Havalimanının eniş zolağı az bir zaman üçün eniş və qalxışa bağlanıb. Təyyarənin bir neçə  hissəsindən çoxlu sayda quş ölüsü çıxarılıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00