“Səudiyyə yaxın zamanlarda yox olacaq”
22 İyun 2016 13:38 DünyaSəudiyyə Ərəbistanı krallığı yaxın zamanlarda yox olacaq. Axar.az xəbər verir ki, bu sözlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda yer alıb. Bəyanatda Bəhreyndə Şeyx İsa Qasıma qarşı yönəldilən hücumların Səudiyyə Ərəbistanı və ona bağlı bütün rejimlərdəki xalqların dirənişi ilə ortadan qaldırılacağı bildirilib:
"Səudiyyə xanədanının mövqeyi onların sonunu gətirəcək. Şeyx İsa Qasım və Bəhreyn xalqına yönələn təzyiqlər insan haqlarına ziddir. Şiələrin ruhani lideri Şeyx İsa Qasımın Bəhreyndən çıxardılması xalqın inqilabi ruhunu artıracaq və bu krallığın çöküşü tezləşəcək".
Qeyd edək ki, dünən iranlı general Qasım Süleymani də Bəhreyndə tezliklə inqilabın başlayacağını bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00