Ermənistanın nasist ideologiyasına xidmət edən fəaliyyəti cəzasız qalacaqmı?

İşğalçı ölkə dünyaya meydan oxuyur

Ermənistan bu günlərdə yenə öz mahiyyətini ortaya qoydu. Bütün dünya nasizmə, irqi ayrıseçkiliyə qarşı mübarizə apardığı bir vaxtda Ermənistan açıq-aşkar bu mübarizənin əleyhinə yönəlmiş mövqe sərgiləmiş oldu. Söhbət İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının lideri olmuş Adolf Hitlerlə birgə insanlıq əleyhinə cinayətlərə əlbir olan, on minlərlə insanın həyatına son qoyan Qaregin Njdenin əbədiləşdirilməsindən gedir. Xəbərlərdən də məlum olduğu kimi işğalçı ölkənin paytaxtında İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının lideri Adolf Hitlerlə əlbir olan, onunla birgə döyüşərək nasist ideologiyasını yayan erməni döyüçü Qaregin Njdeyə heykəl qoyulub. Diqqət çəkən məqamlardan biri ondan ibarətdir erməni cani üçün ucaldılmış heykəlin açılış mərasimində işğalçı ölkənin yüksək rütbəli rəsmiləri, hətta prezident Serj Sərkisyan da iştirak edib.

Öz-özlüyündə bir çoxları bunu adi bir heykəl qoyulması kimi dəyərləndirsə də, ancaq məsələnin mahiyyətinıə vardıqda İrəvan bu addımı ilə bir çox mətləblərə bir daha aydınlıq gətirir, özünün qaniçən, cinayətkar bir rejim olduğunu çılpaqlığı ilə sübuta yetirir. Məlumat üçün qeyd edək ki, Hitlerin nasist ideologiyasının əsas təbliğatçısı və dəstəkləyicisi olan Qareqin Njde İran, Rusiya, Bolqarıstan, Qafqaz, Şərqi Anadolu, o cümlədən Azərbaycanda kütləvi qətliamlar törətmiş biri kimi tarixə düşüb. O, daha çox mülki insanları qətlə yetirən biri kimi tanınıb. Terrorçunun əsas fəaliyyəti Rusiya əleyhinə yönəlib. Zamanında bütün gücü və qüvvəsi ilə Rusiya əleyhinə fəaliyyət göstərən birisinə indi İrəvanda heykəl qoyulması İrəvanın Moskvaya açıq mesajıdır. Ermənistanın bu addımı öz ağası sayılan Rusiyaya meydan oxuması sayıla bilər. İrəvanda terrorçuya heykəlin qoyulması məqasiminin 9 may-Qələb Günündən iki həftə sonra baş tutması da təsadüfi sayıla bilməz. İşğalçı ölkə bununla Kremldən bir növ qisas aldığını düşünür. Çünki məlum aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatını İrəvan hər vasitə ilə Rusiyanın Azərbaycana silah satması ilə əlaqələndirməyə çalışırdı. Hətta erməni rəsmiləri bir qədər də irəli gedərək Rusiyadan Azərbaycana silah satışını dayandırmağı da tələb edirdilər. Rusiyanın isə ermənilərin bu tələbinə müsbət reaksiya bildirməməsi Ermənistanı sözün həqiqi mənasında Moskvadan incik salmışdı. İndi Ermənistan rəhbərliyi nasist ideologiyasının təbliğinə xidmət edən, bütün fəalkiyyətini Rusiya əleyhinə yönəldən birinə İrəvanda heykəl ucaltmaqla bir növ Kremldən qisas aldığını düşünür. Şübhə yox ki, İrəvanın bu şıltaq qisasçılıq addımı Rusiya tərəfindən cavabsız qalmayacaq. Elə Rusiyanın son vaxtlar Dağlıq Qarabağ probleminin həlli

istiqamətində fəallığı artırması, işğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə xidmət edən mərhələli həll planının məhz Rusiya tərəfindən gündəmə gətirilməsi, eyni zamanda Moskva tərəfindən sözügedən planın həyata keçirilməsi üçün Ermənistana yönəlik təzyiq vasitələri ermənilərin qisasçılıq addımına bir cavab sayıla bilər. Cərəyan edən proseslər Ermənistanın yaxın vaxtlarda Rusiya tərəfindən daha çox arzuedilməz sürprizlərlə qarşılaşacını söyləməyə əsas verir.

Ermənistanın nasist ideologiyasına xidmət edən bir terrorçuya İrəvanda heykəl ucaltması həmçinin bu ölkənin terrorçu olduğunun əyani sübutudur. Zamanında Azərbaycan tərəfinin bununla bağlı səsləndirdiyi fikirlərə beynəlxalq birliyin laqeyd yanaşması, ermənilərin Xocalıda, Qarabağda, XX əsrin əvəllərində Şərqi Anadolu, Azərbaycan ərazilərində insanlıq əleyhinə törətdiyi cinayətlərə biganə münasibətinin məntiqi nəticəsidir ki, bütün bunlardan ruhlanan işalçı ölkə açıq şəkildə terrorçuluğu, nasizmi, irqi ayrıseçkiliyi təbliğ edir. Əgər Ermənistanın XX əsrin 80-90-ci illərindən başladığı etnik təmizləmə siyasəti, Azərbaycan ərazilərində, Xocalıda həyata keçirdiyi soyqırım siyasəti zamanında dünya birliyi tərəfindən qiymətləndirilsəydi günümüzdə bu kimi mənfi tendensiyalar müşahidə edilməzdi. Təssüf ki, bu günə qədər hökm sürən cəzasızlıq mühitinin nəticəsidir ki, bu gün Ermənistan açıq-aşkar nasizmi təbliğ edir. İşğalçı ölkənin bu addımı təkcə Rusiya deyil, ümumilikdə bəşəriyyətə qarşı bir hörmətsilzikdir. Bu gün dünya sözdə nasizmə qarşı mübarizə aparıb, irqi ayrıseçkiliyin aradan qaldırılmasına çalışdığı, bəzi beynəlxalq təşkilat və qurumlar insan hüquq və azadlıqlarına hörmətlə yanaşdığını bəyan etdiyi bir halda, Ermənistanın bu ideologiyanı təbliğ etməsinə, on minlərlə insanın həyatına son qoymuş bir terrorçunun adının əbədilləşdirilməsinə göz yumur. Necə ki, zamanında körpə qatili Adrianik, Zori Balayan kimi terrorçular Ermənistanın milli qəhrəmanı kimi təqdim edilib onların adları əbədiləşdirilib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00