Devid Kemeron: "Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür"
22 İyun 2016 12:53 Dünya"Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrini proqnozlaşdırmaq qeyri-mümkündür".
Bu sözləri "Financial Times" nəşrinə müsahibəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
"Hər şey çox qarışıqdır. Heç kim nə olacağını bilmir", - deyə baş nazir bildirib.
Ölkənin Aİ-dən çıxmasına qarşı olan D.Kemeron həmvətənlərinin Aİ üzvlüyünün davam etdirilməsiylə bağlı seçimi təqdirində onların seçkilərin sabahısı artıq, bu qərarın iqtisadi üstünlüklərini görəcəyini vurğulayıb.
Qeyd edək ki, Britaniyanın Aİ üzvlüyünün davam edib-etməyəcəyi iyunun 23-də keçiriləcək referendumda müəyyənləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00