Berenin üzü, Kıvançın dodağından istəyirlər

Türkiyə seriallarının qəhrəmanlarına bənzəmək istəyənlər İstanbula axın edir.

Qafqazinfo xəbər verir ki, bu barədə Avropa Plastik Cərrahiyyə Akademiyasının sədr müavini Fazil Apaydın maraqlı açıqlama verib.

O, plastik əməliyyat üçün Türkiyəyə gələnlərin serial qəhrəmanları kimi görünmək istədiyini bildirib.

"Əvvəl Hollivud ulduzları var idi, ancaq indi Türkiyədə keyfiyyətli seriallar çəkilir. Orta Şərq və İran Körfəzi sahili ölkələrinin sakinləri İstanbula axın edir. Avropa ölkələrindən gələnlər var, ancaq "Gümüş" və "Aşk-ı memnu" serillarından sonra ərəblər Beren Saat və Kıvanç Tatlıtuğa bənzəmək istəyirlər". 

Ege Sağlamlıq və Turizm Dərnəyinin rəsmisi Zeki Hozer isə Beren Saatın ərəb ölkələrində daha çox sevildiyini söyləyib:

"Şərqdə türk serialları çox izlənilir. Məsələn, Qatar, Küveyt və Səudiyyə Ərəbistanından gələrək ona bənzəmək istəyirlər. Ən çox aktrisanın üz quruluşuna heyrandırlar. Kenan İmirzalıoğlunun burnuna və Kıvanç Tatlıtuğun dodaq quruluşuna sahib olmaq istəyirlər. Hər biri onların fotolarını gətirir, "eyni bunun kimi istəyirəm" deyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00