Ermənistanda əhali yenə ayağa qalxır

Ermənistan daha bir etiraz aksiyasının astanasındadır. Deyəsən, yay aylarının bu ölkədə aktiv mitinqlər rejimində keçməsi artıq ənənə halını alır.

Anspress bildirir ki, bunu erməni mətbuataı özü yazır. 

Ötən ilin yayında ictimai nəqliyyatda gediş haqqının, sudan, elektrik enerjisindən istifadəyə görə qiymətin  artmasına görə aksiyalar da məhz keçən ilin yayında olmuşdu. Bu ilin də yayının çox qızmar olacağı gözlənilir. Bu dəfə başqa bir sosial problemə görə. 

Artıq elan edilib ki, iyul ayının 1-də bu ölkədə yeni taksi xidməti fəaliyyətə başlayır - "Yandex Taxi". Bu xidmət mobil telefon əlavəsi sayəsində taksi çağırmağa imkan verir. Yeni xidmət ilk 2 km yola görə 100 dram haqq alacaq. Belə qiymətləri isə başqa heç bir taksi xidməti və ya sürücü təklif etmir. 

Etirazlar artıq başlayıb. Belə ki, onsuz da sosial şəraitləri ağır olan ermənilər deyirlər ki, yeni xidmət bir çox taksi sürücüsünün və distpetçerlərin işini itirməsinə səbəb olacaq.

İndi müxtəlif məsələlər üzrə uğur qazanan vətəndaş təşəbbüs qrupu "Cibimizdən əl çək"in gündəmi bu mövzudur. Təşəbbüs qrupu ilk olaraq Ermənistan hakimiyyətini, nəqliyyat nazirliyini yeni xidmətə lisenziya verməməyə çağırır. 

"Biz birmənalı olaraq genişmiqyaslı və çoxminlik yürüşlərə söz veririk. Çünki insanlar öz işlərini qorumaq üçün küçələrə çıxacaqlar". Artıq sürücülər də yeni xidmətə bazara daxil olmağa imkan verməyəcəklərini açıqlayıblar. 

Görünür, bu yay da Ermənistanda qalan az sayda insanların yürüşləri, mitinqləri ilə yadda qalacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00