Aktrisa keçmiş milyonçu ərinə: "Əxlaqsızlar günün mübarək"
22 İyun 2016 12:22 DünyaMilyonçu Ümit Aslandan ayrılan türk aktrisa Ceren Hindistan sosial şəbəkədə yazdıqları ilə maqazin mediasının gündəminə gəlib.
Türkiyə mətbuatı xəbər verir ki, aktrisa "Snapchat"da Atalar Günü ilə əlaqədar olaraq keçmiş imam nikahlı əri, qızının atası Ü.Aslan haqqında sərt sözlər yazıb.
"Niyə kişilər qadınlarla uşaqları sanki ata evindən gətirmiş kimi davranır və sonra da yaddan çıxarırlar? Hətta yeni sevgilisinin itini qucağından düşürməyən, amma keçmiş xanımından olan uşağını görməyən, ac ya tox olduğunu bilməyən atalar da var. Əxlaqsızlıqdır. Əxlaqsızlar günün mübarək!"
Qeyd edək ki, iddialara görə, Ü.Aslan aktrisaya: "Yazdıqlarının hesabını verəcəksən", - yazaraq onu təhdid edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00