Ərdoğanın kürəkəninə Azərbaycanla bağlı vəzifə verildi
17 İyun 2016 16:34 DünyaTürkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak Türkiyə-Azərbaycan Hökumətlərarası Müştərək Komissiyasının həmsədri təyin edilib.
Türkiyə KİV-inin xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım sərəncam imzalayıb.
O həm də Türkiyə ilə Əlcəzair, Çin, Liviya, Nigeriya, Uqanda və Venesuela arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası komissiyaların həmsədri təyin edilib.
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının həyat yoldaşı, yəni kürəkənidir.
Onu da xatırladaq ki, Azərbaycan tərəfindən komissiyanın həmsədri baş nazirin müavini Abid Şərifovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00