Ərdoğan: “Türkiyədə vətəndaş müharibəsi yoxdur”
17 İyun 2016 16:31 DünyaTürkiyədə vətəndaş müharibəsinin getdiyini iddia edən xarici qüvvələr yanılırlar.
Virtualaz.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu gün biz qeydinə qaldığınız, yedizdirdiyiniz dağıdıcı qüvvələrin dağıtdıqlarını bərpa edirik", - Ərdoğan deyib.
Türkiyə prezidenti onu da əlavə edib ki, bir vaxtlar terrorçulara yardım edənlər indi məhkəmə qarşısında cavab verəcəklər. O, artıq cinayət işlərinin məhkəmələrə göndərildiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00