Dünya ulduzu Türkiyədə ölümdən döndü

Dünyaca məşhur ingilis musiqi qrupu "Status-Kvo"nun üzvü Rik Parfitin səhhətində problem yaranıb.

Axar.az bildirir ki, Türkiyəyə konsert verməyə gələn qrupun məşhur üzvü Rik Antalyada qaldığı oteldə infarkt keçirib. Ürəyi dayanan musiqiçi həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb.
 
Xəstəxanaya yerləşdirilən 67 yaşlı musiqiçinin müalicəsi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00