ABŞ Ərdoğanı devirəcək
17 İyun 2016 14:22 DünyaBirləşmiş Ştatlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq planı üzərində işləyir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir iddia ilə Türkiyə mətbuatı çıxış edib. Məlumata görə, hətta Birləşmiş Ştatların sabiq dövlət başçısının köməkçisi Dik Çeyninin beynəlxalq məsələlər üzrə sözçüsü Con Hannah "Foreign Policy" adlı xəbər saytında bu barədə məqalə də yazıb. Məqalədə qeyd olunur ki, Türkiyənin getdikcə artan nüfuzu, Yaxın Şərq və Avropanın parlayan ulduzuna çevrilməsi Birləşmiş Ştatların regional maraqlarına ziddiyət təşkil edir. Bu səbədən Rəcəb Tayyib Ərdoğan getdikcə Amerika üçün təhlükəli şəxsə çevrilir. Əgər Ərdoğan təhlükəsi davam edərsə Amerika tezliklə bu planı həyata keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00