Rusiya: Dnestryanı əhalisi vilayətin Rusiyaya birləşməsini istəyir
17 İyun 2016 13:11 DünyaRusiyanın sorğuların keçirilməsi üzrə qurumu olan Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin Moldovanın Dnestryanı vilayətində keçirdiyi sorğunun nəticələrinə görə, bu vilayətin əhalisinin 86%-i Moldovadan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan bu ərazinin Rusiyaya birləşməsini istəyir.
Virtualaz.org "RİA Novosti"yə istinadən bildirir ki, sorğunun nəticələrinə görə, Dnestryanının əhalisinin 86%-i tanınmayan respublikanın Rusiyaya birləşməsini onun "inkişafı üçün ən optimal yol" hesab edir.
Bildirilir ki, Moldovanın bu vilayətinin əhalisinin 60%-ni ruslar və ukraynalılar təşkil edir. 1992-ci ildə Moldova hökuməti Dnestryanı problemini güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğursuz alınıb.
Sorğuya gəlincə, rəyi soruşulanların 9%-i Dnestryanının müstəqil olmasının, 2%-i Moldovanın tərkibinə qayıtmasının, 1%-dən az hissəsi isə Rumıniyaya birləşməyin zəruriliyini bildiriblər.