İraq 3 hissəyə bölünür
17 İyun 2016 12:35 DünyaİŞİD terror təşkilatının məfv edilməsindən sonra İraq rəsmi olaraq 3 hissəyə bölünəcək. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Iraq Kürdüstanının Təhlükəsizlik Agentliyinin müşaviri Masrur Barzani çıxış edib. O, bildirib ki, IŞİD-dən sonra bölgədə sabitliyi əldə etmək, silahlı qarşıdurmalara son qoymaq üçün ölkə kürdlər, şiələr və sünnilər arasında bölünməlidir. O, federal İraq dövlətinin artıq idarəedilməz bir hala gəldiyini söyləyib.
Qeyd edək ki, Masrur Barzani İraq Kürdüstanının rəhbəri Məsud Barzaninin oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00