"Kara sevda"nın Nihanı evlənir

"Kara sevda" serialının baş rol aktrisası Neslihan Atagül nişanlısı Kadir Doğulu evlənməyə hazırlaşır.  Türkiyə mətbuatının  verdiyi xəbərə görə, iyulun 8-də nikaha daxil olacaq cütlüyün toyunun bəzi detalları məlum olub. Neslihan və Kadirin Kanlıcadaki dəniz mənzərəli oteldə baş tutacaq toyunun dəvətnamələri artıq hazırdır. Təbii yarpaqlardan hazırlanmış dəvətnaməyə cütlük "toy mərasimimizə dəvətlisiniz" sözü ilə yanaşı, "uşaqlara şirin yuxular" sözünü də yazmağı unutmayıblar. Cütlük saat 19:30-da kəsiləcək nikahdan sonra qonaqları ilə gecə yarısına kimi əylənəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00