Ermənistanda bizneslə məşğul olanların sayı kəskin azalıb
16 İyun 2016 18:31 DünyaÖtən il Ermənistanda bizneslə məşğul olan şəxslərin sayı 3100 nəfər azalıb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının hesabatında bildirilib.
Mərkəzi Bankın "Ermənistanın maliyyə sistemi: nəzarət, tənzimləmə" adlı hesabatında qeyd olunub ki, 2015-ci ildə bankların hüququ şəxs qismində olan müştərilərinin sayı 4,1 faiz azalaraq, 76,4 min təşkil edib. Bu da əvvəlki dövrlərlə müqayisədə onların sayının 3100 nəfər azalması deməkdir: "Bu onu göstərir 3100 hüquqi şəxs fəaliyyətini dayandırıb".
Ermənistan hökuməti isə məlumatı təkzib edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00