Türk təyyarəsi təcili endi

Türk Hava Yollarının TC-LJH sayılı İstanbul Toronto səfərini yerinə yetirən Boinq -777 tipi təyyarə  saat 14-30 radələrində Atatürk hava limanından uçub. Uçuşdan 3 saat sonra terniki bir nasazlıq səbəbi ilə təyyarə  saat 18-30 da Kopenhagen hava limanına təcili şəkildə enib. Təyyarədə aparılan texniki yoxlamada hər hansı bir nasazlıq müəyyən edilməyib. Təyyarənin bu səhər Toronto istiqamətində hərəkət etdiyi bildilir. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00