Hollivud ulduzu səfir seçildi

Hollivud ulduzu Anne Hathavay Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri seçilib.

Qafqazinfo  bildirir ki, onun qadınların bərabərliyi və hüquqlarının gücləndirilməsi üçün BMT elçisi təyin edildiyi açıqlanıb.

Hathavay qadınlarla yanaşı azyaşlı qızların hüquqları uğrunda mübarizə aparacağını söyləyib, sözügedən vəzifə ilə bağlı BMT-yə təşəkkürünü bildirib.

Xatırladaq ki, Anne Hathavay "Les Miserables" filmindəki roluna görə "Oskar" mükafatına laiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00