Obama rəsmən Klintonu dəstəklədi
ABŞ prezidentliyinə seçkilərdə əsas namizədlər artıq bəlli olub.
10 İyun 2016 09:08 DünyaABŞ prezidentliyinə seçkilərdə əsas namizədlər artıq bəlli olub.
Demokratlarla Respublikaçıların qızğın yarışa girdiyi bu seçkilərin ABŞ tarixində ən yadda qalan seçkilər olacağı bildirilir.
ABŞ prezidenti Barak Obama isə dünən verdiyi bəyanatla seçkilərdə hansı namizədi dəstəkləyəcəyini bəyan edib.
ABŞ prezidenti bildirib ki, özündən sonra Ağ Evə rəhbər kimi ən layiqli namizəd olaraq Hillari Klintonu görür.
Hillari Klinton öz növbəsində sosial şəbəkədəki hesabından Obamaya təşəkkür mesajı yayımlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31